"Xəzər Lənkəran" məğlubiyyətdən güclə canını qurtardı

"Xəzər Lənkəran" məğlubiyyətdən güclə canını qurtardı

Azərbaycan Premyer Liqasının 16-cı turunun daha bir oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, "Simurq" "Xəzər Lənkəran"ı qəbul edib. Matçın 15-ci dəqiqəsində Murad Səttarlı Zaqatala təmsilçisini önə keçirib. Oyunun 67-ci dəqiqəsində isə Marçin Burxardt meydan sahibinin üstünlüyünü 2 qola çatdırıb. Qarşılaşmanın sonlarında cənub təmsilçisi təzyiqi artıraraq məğlubiyyətdən yaxa qurtarmağı bacarıb. Belə ki, 72-ci dəqiqədə Elnur Abbdullayev, 94-cü dəqiqədə isə Aleksandr Şemonayev qol vururaraq oyunun heç-heçə başa çatmasını təmin ediblər.

Qeyd edək ki, 48-ci dəqiqədə "Xəzər Lənkəran"ın futbolçusu Ruslan Abışov qırmızı vərəqə alaraq meydanı tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə