Milli hakimimiz beynəlxalq dərəcə aldı

Milli hakimimiz beynəlxalq dərəcə aldı

Bədii gimnastikada Azərbaycanı təmsil edən iki hakimin ardınca idman gimnastikası üzrə milli hakimimiz də beynəlxalq dərəcə alıb. Siasport.az saytının məlumatına görə, 2013-2016-cı illərdəki bütün beynəlxalq yarışlarda Rza Əliyevin nişanında "2" rəqəmi gözə çarpacaq. Bu drəcədə cari mövsümdə üçüncü kateqoriyadır.

Qərar Bratislavada keçirilən hakimlər üçün qitələrarası kursların nəticəsinə görə qəbul edilib. Beynəlxalq federasiyanın (FIG) idman gimnastikası üzrə texniki komitəsi tərəfindən təşkil edilmiş seminar ərzində R.Əliyev yeni qaydalar üzrə praktiki kurs dinləyib və test imtahanını müvəffəqiyyətlə verib.

Rza Əliyevin beş illik stajı ərzində dördüncü dərəcəli hakim kateqoriyasından indiki mərhələyə qədər uğurlu yol keçməsi faktını onun Londonda keçirilmiş Olimpiya oyunlarında arbitraj kollegiyasına xüsusi dəvət olunması və iştirakı bir daha təsdiq edir.

İkinci dərəcəli hakim qazandığı bilikləri Azərbaycan çempionatı ərəfəsində həmkarları ilə də bölüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə