Bu gün Ümumdünya futbol günüdür

Bu gün Ümumdünya futbol günüdür

Bu gün Ümumdünya futbol günüdür. Siasport.az saytının məlumatına görə, hər il dekabrın 10-u ümumdünya futbol günü kimi qeyd olunur. Bu bayram Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən təsis edilib. Bu, planetin ən populyar idman növü olan futbola hörmət əlaməti kimi qəbul olunur.

Qeyd edək ki, futbolun necə yaranması haqqında dəqiq bilgi yoxdur. Mənbələrə görə, futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu oyun "top uğrunda mübarizə" adlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə