Leonel Messi: "Daha çox qol vuracam ki, rekordumu qıran tapılmasın"
"Barselona"nın argentinalı ulduz futbolçusu Leonel Messi, yenə iddialı açıqlamalarla gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, Herd müllerin rekordunu qıraraq, futbol ictimaiyyətinin diqqət mərkəzinə düşən argentinalı futbolçu, bundan sonra daha çox qol vurmağa çalışacağını da gizlətməyib: "Bunu həm də ona görə edəcəyəm ki, mənim rekordumu qırmaq çətin olsun.Herd Müllerin rekordunu qırmaq mənim üçün çox xoşdur. Amma vacib olan turnir cədvəlində rəqiblərimizlə aramızda xal fərqinin azalmasına imkan verməməkdir". Qeyd edək ki, İspaniya La Liqasının dünən "Betis"ə qarşı keçirilən görüşündə argentinalı futbolçu 1972-ci ildə bir il ərzində 85 qol vuran almaniyalı Herd Müllerin rekordunu qırmağı bacarıb. Hazırda onun ehtiyatında 86 qol var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB