Futbol üzrə İngiltərə çempionatında 16-cı turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, uzun zamandır ki, qələbəyə həsrət qalan "Liverpul" klubu, səfərdə "Vest Hem" komandasını 3:2 hesabı ilə məğlub edərək, turnir cədvəlində 10-cu sıraya yüksəlib. "Mançester Yunayted"lə "Mançester Siti"nin duelində isə, gülən tərəf "qırmızı şeytanlar" olub. Aleks Fürgusyonun komandası derbidən 3:2 hesablı qələbə ilə ayrılıb. Bundan başqa, "Arsenal" "Vest Bromviç"i, "Çelsi" "Sanderlend"i, "Everton" "Tottenhem"i məğlub edib.
İngiltərə Premyer Liqasında XVI turun oyunları
"Arsenal" - "Vest Bromviç" - 2:0
Qollar: Arteta, 26-pen (1:0), 64-pen (2:0)
"Sanderlend" - "Çelsi" - 1:3
Qollar: Torres, 11 (0:1), 45-pen (0:2), Mata, 43 (0:3), Conson, 66 (1:3)
"Aston Villa" - "Stok Siti" - 0:0
"Sauhempton" - "Ridinq" - 1:0
Qol: Punçeon, 61 (1:0)
"Uiqan" - "Kvins Park Reyncers" - 2:2
Qollar: Makkarti, 18 (1:0), Nelsen, 25 (1:1), Sisse, 71 (1:2), Makkarti, 74 (2:2)
"Suonsi" - "Norviç" - 3:4
Qollar: Vittaker, 16 (0:1), Bassonq, 40 (0:2), Holt, 44 (0:3), Miku, 51 (1:3), Quzman, 59 (2:3), Snodqrass, 77 (2:4), Miku, 90 (3:4)
"Mançester Siti" - "Mançester Yunayted" - 2:3
Qollar: Runi, 16 (0:1), 29 (0:2), Ture, 60 (1:2), Zabaleta, 86 (2:2), Van Persi, 90 (2:3)
"Everton" - "Tottenhem" - 2:1
Qollar: Dempsey, 76 (0:1), Pinar, 90 (1:1), Yelaviç, 90+3 (2:1)
"Vest Hem" - "Liverpul" - 2:3
Qollar: Conson, 11 (0:1), Nobl, 36-pen (1:1), Cerrard, 43-avtoqol (2:1), Koul, 76 (2:2), Kollins, 79-avtoqol (2:3)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB