Azərbaycan futbolçusu Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin "Dənizlispor" klubu PTT I Liqanın XV turu çərçivəsində növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, "Şanlıurfaspor" klubunun qonağı olan komanda bərabərliyə imza atıb. Oyunda qapılara 2 qol vurulub. Matçın 74-cü dəqiqəsində Railin komandası hesabda önə keçsə də oyununun sonlarında rəqib tarazlığı bərpa edib - 1:1.
Onu da nəzərinizə çatdıraq ki, "Dənizlispor" turnir cədvəlinin 10-cu pilləsindədir. Komandanın aktivində 18 xal var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB