Mançester derbisində şəhərlilərin bəxti gətirmədi

Mançester derbisində şəhərlilərin bəxti gətirmədi

"M.Y." səfərdə son çempion "Mançester Siti"ni məğlub etdi

Futbol üzrə İngiltərə Premyer Liqasının XVI turu Mançester derbisi ilə yadda qalıb. Premyer Liqanın hazırki lideri "Mançester Yunayted" çempion "Mançester Siti"nin qonağı olub. Qarşılaşmaya uğurla başlayan "Mançester Yunayted" ilk hissədə Ueyn Runinin qolları ilə 2:0 irəli keçib.

"Mançester Siti" ikinci hissədə sürəti artıraraq Yaya Ture və Pablo Sabalettanın qolları sayəsində hesabı bərabərləşdirib. Oyuna əlavə edilmiş dəqiqələrdə Robin van Persinin cərimə zərbəsindən vurduğu qol sayəsində "Mançester Yunayted" dramatik matçda 3 xal qazanan tərəf olub.

"Mançester Yunayted" bu qələbə ilə ikinci yerdə gedən "Mançester Siti" ilə xal fərqini 6-ya çatdırıb ("39 xala qarşı 33 xal).

Bütün xəbərlər Facebook səhifəmizdə