"Beşiktaş" son anda qələbəni əldən verdi

"Beşiktaş" son anda qələbəni əldən verdi

Dünən axşam futbol üzrə Türkiyə Superliqasında XV turun oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, "İsmət İnönü"də "Eskişehirspor"u qəbul edən "Beşiktaş", əzmkar oyun nümayiş etdirməsinə baxmayaraq, meydanı 2:2 hesablı nəticə və cəmi 1 xallla tərk edib. Bundan başqa, səfərdə "Elazığspor"un qonağı olan "Mersin İdmanyurdu" meydanı məğlub tərk edib. Matçın 66-cı dəqiqəsində Sinan Kaloğlunun vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 1:0. Qeyd edək ki, XV turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.

7 dekabr

Türkiyə Superliqasında XV turun oyunları

"Beşiktaş" - "Eskişehirspor" - 2:2
Qollar:
Holosko, 6 (1:0), Almeyda, 65 (2:0), Ateş, 83-pen (2:1), Nuhiu, 90 (2:2)

"Elazığspor" - "Mersin İdmanyurdu" - 1:0
Qol:
Kaloğlu, 66 (1:0)

8 dekabr

"Kasımpaşa" - "Gənclərbirliyi"

"Qaziantepspor" - "Karabükspor"

"Bursaspor" - "Orduspor"

"Sivasspor" - "Qalatasaray"


9 dekabr

"Trabzonspor" - "Kayserispor"

"Akhisar Bələdiyyəspor" - "Antalyaspor"

"Fənərbaxça" - "İstanbul BB"

Bütün xəbərlər Facebook səhifəmizdə