Keçmiş "Barselona"lı məşhur braziliyalı futbol ulduzu Ronaldinyo da hesab edir ki, Leonel Messi, dünyanın ən yaxşı futbolçusudur. Siasport.az saytı xəbər verir ki, hazırda vətənində yerli "Atletiko Mineyro" klubunda çıxış edən Ronaldinyo, Braziliya mətbuatına verdiyi açıqlamalarda, argentinalını planetin ən güclü oyunçusu adlandırıb: "Messi dünyada birnömrədir. Mən onun "Barselona"dakı ilk vaxtlarını xatırlayıram. O, birinci qolu məhz mənim ötürməmdən sonra vurmuşdu. Hazırda onun dünya futbolunda tayı-bərabəri yoxdur" – deyə Ronaldinyo bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB