"Neftçi" UEFA reytinqində "Qarabağ"ı geridə qoydu!

"Neftçi" UEFA reytinqində "Qarabağ"ı geridə qoydu!

UEFA bu həftə yekun vurulan Avropa kuboklarının oyunlarından sonra klubların növbəti reytinq siyahısını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, 450 komandanın yer aldığı reytinq cədvəlində, dünən axşam Milanda yerli "İnter"lə bərabərə qalan "Neftçi", 21 pillə irəliləyərək, 226-cı yerə yüksəlib. Bununla paytaxt təmsilçisi reyqinqdə bu günə qədər Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malik olmuş "Qarabağ"ı da geri də qoyub. Ağdam təmsilçisi isə bir pillə geriləyərək 227-ci yerə düşüb. Son beş ilin nəticələrinə əsasən, hazırlanan siyahıda Azərbayan klublarından "Bakı" 270 (-1), "İnter" 294 (+1), "Xəzər Lənkəran" 322 (+4), AZAL 373 (+2), "Simurq" 374-cü (+2) yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə