"Neftçi" İtaliyadan "Avropa fatehi" kimi qayıtdı!

"Neftçi" İtaliyadan "Avropa fatehi" kimi qayıtdı!

UEFA Avropa Liqasının H qrupunda mübarizə aparan Bakının "Neftçi" futbol klubu, dünən axşam Milanda yerli "İnter"lə sonuncu qrup oyununa çıxıb. Siasport.az saytı xəbər verir ki, adlı-sanlı rəqibi ilə qarşılaşmaya ehtiyatla başlayan "ağ qaralar", qarşılaşmanın 7-ci dəqiqəsində qapısında qol görüb. Marko Livaya fərqlənib. İlk hissə elə bu hesabla da başa çatıb. İkinci hissə başlayan kimi, "Neftçi" meydanda əsl hücum futbolu oynamağa və rəqibini sıxışdırmağa başlayıb. Bunun da nəticəsi kimi, qarşılaşmanın 52-ü dəqiqəsində Rəşad Sadiqov mükəmməl zərbə ilə hesabı bərabərləşdirib. Amma komandamızın sevinci cəmi bir dəqiqə çəkib. Oyunun 53-cü dəqiqəsində M.Livaya dubl edərək, hesabı 2:1 "İnter"in xeyrinə dəyişib. Lakin Azərbaycan çempionu ruhdan düşməyərək, qarşılaşmanın 89-cu dəqiqəsində Nikolas Kanalesin qolu ilə hesabı bərabərləşdirib. Aktivinə daha bir xal əlavə edən "Neftçi", UEFA Avropa Liqasını 3 xal ilə tərk edib. Beləliklə, "Neftçi" Milanda Avropanın adlı-sanlı klublarından biri ilə qarşılaşmada əsl əzmkar oyun sərgiləyərək, rəqib meydanını 1 xalla tərk etməyi bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə