Ronaldinyo "qızıl top"a layiq görüldü
İrəliləmiş yaşına baxmayaraq, Braziliya çempionatında göstərdiyi oyunu ilə adından söz etdirən Ronaldinyo ölkəsində "qızıl top" mükafatına layiq görülüb. 32 oyunda meydana çıxan və 9 dəfə rəqib qapılarına yol tapan futbolçu məhsuldar ötürmələri ilə də komandasının uğurunda böyük pay sahibi olub.
"Atletiko Mineyro"nun 32 yaşlı ulduzu mövsümün ən yaxşı oyunçuları sırasında yer alıb. Ölkədə keçirilən sorğuda təcrübəli yarımmüdafiəçi Braziliya liqasında seçilmiş simvolik ən yaxşı 11 futbolçu içərisində birinci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB