"Real" azarkeşləri Yoahim Lövü Joze Mourinyonun yerində görmək istəyir

"Real" azarkeşləri Yoahim Lövü Joze Mourinyonun yerində görmək istəyir

İspaniyanın "Real" futbol klubunun azarkeşləri, komandanın sükanı arxasında görmək istədikləri mütəxəssisin adını açıqlayıblar. Siasport.az saytı xəbər verir ki, "Real" azarkeşlərinin ən böyük internet səhifəsində aparılan rəy sorgularına əsasən, azarkeşlər futbol üzrə Almaniya millisinin hazırkı baş məşqçisi Yoahim Lövü "Real"ın sükanı arxasında görməyi arzulayırlar. Məlumata əsasən, internet səhifədə 15 min azarkeş Y.Lövü, cəmi 1200 nəfər azarkeş isə Karlo Ancelottini dəstəkləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə