Dünən keçirilən oyunlarla Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, sonuncu turda 1/8 finala son 3 vəsiqənin taleyinə aydınlıq gəlib.
Səfərdə "Şaxtyor"u minimal hesabla üstələyən "Yuventus", doğma azarkeşlər önündə "Spartak"ı məğlub edən "Seltik" və "Qalatasaray" 1/8 finala çıxıb.
Ötən ilin qalibi olan "Çelsi" isə yolunu Avroliqada davam etdirəcək.
Beləliklə, ÇL-də 16 ən gücü sırasına çıxan komandaların hamısı bəlli olub. Bunlar PSJ, "Porto", "Şalke", "Arsenal", "Malaqa", "Milan", "Borussiya Dortmund" , "Real" (Madrid), "Yuventus", "Şaxtyor", "Bavariya", "Valensiya", "Barselona", "Seltik", "Mançester Yunayted" və "Qalatasaray"dır.
1/8 finalın püşkatma mərasimi cümə günü keçiriləcək. Reqlamentə əsasən qrup qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşacaq. Qrupu lider kimi başa vurmuş komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB