Dekabrın 3-də yüngül məşq keçən "Kəpəz" klubu ötən gün istirahət edib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Mahmud Qurbanov futbolçulara dincəlmək imkanı yaradıb.
Klubun rəsmi saytında yerləşdirilən məlumata əsasən, "Kəpəz" bu gündən etibarən Premyer Liqanın XVI turu çərçivəsində səfərdə qarşılaşacağı "Qarabağ"la oyunun hazırlıqlarına başlayacaq. Məşq prosesi klubun bazası olan Gəncə şəhər stadionunun əsas meydançasında keçiriləcək. Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu dekabrın 7-də, saat 16:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB