Cavid İmamverdiyev: "Meydana çıxıb sonadək mübarizə aparacağıq"

Cavid İmamverdiyev: "Meydana çıxıb sonadək mübarizə aparacağıq"

"İnter"in necə komanda olduğunu, kimə qarşı oynayacağımızı yaxşı dərk edirik. Meydana çıxıb sonadək mübarizə aparacağıq. Komandamıza inanıram. "İnter"ə qarşı oyunda təbii ki, həyəcan da olacaq".

Siasport.az saytı xəbər verir ki, bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "Neftçi" klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyev dekabrın 6-da Avroliqanın qrup mərhələsində İtaliyada "İnter"ə qarşı keçiriləcək oyun haqda danışarkən deyib. "Düşünürəm ki, bu görüşdə heç-heçə də edə bilərik, qalib də gələ bilərik. Bu futboldu, nə desən, gözləmək olar. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə ilə geri dönək" - deyə C.İmamverdiyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə