Futbol üzrə Türkiyə Kubokunda 15-ci turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, "Bursaspor" səfərdə "Nazilli Bələdiyyəspor"la qarşılaşıb. Ərtuğrul Sağlamın komandası zəif rəqibini 3 cavabsız qol ilə məğlub edərək, növbəti mərhələyə yüksəliblər. Bundan başqa, "Bozuyukspor"un qonağı olan "Qaziantepspor" rəqibini minimal hesabla keçib. Bu görüşdə 2:1 hesabı ilə qələbə qazanan qonaqlar növbəti mərhələyə adlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB