Dem Baba "Arsenal"ın transfer hədəfindədir

Dem Baba "Arsenal"ın transfer hədəfindədir

İngiltərə Premyer Liqasında "Nyukasl" forması altında əla mövsüm keçirən Demba Ba, ağır günlər keçirən "Arsenal"ın transfer hədəfindədir. Siasport.az saytı Türkiyənin "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, "topçuların" baş məşqçisi Arsen Venger, komanda rəhbərliyindən Demba Banın transfer olunması üçün hərəkətə keçməyi tələb edib. "Arsenal"ın hazırkı böhran durumundan çıxmaq üçün qış transfer dövründə ciddi transferlərə başlayacağını nəzərə alsaq, "Arsenal" rəhbərliyinin Demba Babanın transferi üçün "Nyukasl"ın qapısını döyəcəyi qaçılmazdır.

Bütün xəbərlər Facebook səhifəmizdə