Skolari braziliyalı bankirləri bərk qəzəbləndirib...

Skolari braziliyalı bankirləri bərk qəzəbləndirib...

Futbol üzrə Braziliya milli yığmasının yeni məşqçisi Luis Felipe Skolari ölkənin ən böyük bankının əməkdaşlarını bivec adlandırmaqla bank əməkdaşlarını qəzəbləndirİb. Siasport.az saytı xəbər verir ki, Skolari bildirib ki, yığma komandada çətinliklərin öhdəsindən gələ bilməyən oyunçular Braziliya Bankında işə keçməlidirlər. Orada onlar kontorda oturub heç nə etməyəcəklər. Braziliya bank qulluqçularının həmkarlar ittifaqı Skolarinin bu açıqlamasından bərk qəzəblənib. Qurumun yaydığı bəyanatda deyilir ki, bu deyilənlər təhqirdir, Skolarinin özünə gəldikdə isə, o, milli yığmanın məşqçisi vəzifəsində fəaliyyətə pis başladı: "Ümidvarıq ki, o, bank işinə nisbətən futbol haqqında daha çox şey bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə