Mikayıl Nərimanoğlu "Şaxtyor" - "Yuventus" oyunununda UEFA təmsilçisi olacaq
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 5-də "Şaxtyor" (Ukrayna) - "Yuventus" (İtaliya) oyununun təşkilat komitəsinin tərkibində çalışacaq.Siasport.az saytı AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın dəvəti ilə gerçəkləşən bu səfərə zamanı, UEFA-nın media nümayəndəsinin assistenti olan M.Nərimanoğlu, media işləri ilə bağlı təşkilati məsələləri izləyəcək və bununla əlaqədar münasibətini bildirəcək. Donetsk şəhərində "Donbass Arena"da matç Bakı vaxtilə saat 23:45-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB