Azərbaycanlı idmançı İrəvanda qalib gəldi

Azərbaycanlı idmançı İrəvanda qalib gəldi

İrəvanda boks üzrə gənclər arasında dünya birinciliyi davam edir. Azərbaycan Boks Federasiyasından bildirilb ki, birincilikdə 75 kiloqram çəki dərəcəsində yarışan idmançımız Orxan Mayıllı növbəti görüşünü ekvadorlu Nalek Barreraya qarşı keçirib. Rəqibini 16:8 hesabı ilə məğlub edən boksçumuz birinciliyin 1/4 final mərhələsinə yüksəlib.

Birincilikdə mübarizə aparan Azərbaycan boksçularından Rahil Məmmədli (91 kq) və Pərviz Bağırov (64 kq) da dörddəbir finala vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə