İtaliyanın "İnter" futbol klubunun hollandiyalı forvardı Şneyder, komandanı tərk edəcəyini açıqlayıb. Siasport.az saytı "Milliyet"ə istinadən xəbər verir ki, klub prezidenti Massimo Morattinin hazırkı müqaviləni uzatmaqla bağlı təklifini rədd edən hollandiyalı futbolçu, hazırda ona verilən 6 milyon avroluq məvacibini 4 milyon avroya endirməsi ilə bağlı M. Morattinin xahişinin qəbul edilməz olduğunu dilə gətirib. Hollandiyalı futbolçu maliyyə məsələsində heç bir güzəştə getməyəcəyini deyərək, mövsümün sonunda "İnter"i tərk edəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB