"Fənərbaxça" çempionluq yolunda ağır yara aldı

"Fənərbaxça" çempionluq yolunda ağır yara aldı

Futbol üzrə Türkiyə Superliqasının 14-cü turu çərçivəsində səfərdə "Kayserispor"un qonağı olan İstanbulun "Fənərbaxça" futbol klubu növbəti dəfə ciddi xal itkisi ilə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, "sarı lacivərtlilər" gərgin keçən qarşılaşmadan 1:1 hesablı nəticə ilə ayrılıblar. Bundan başqa, Kayseridən qayıdan "Fənərbaxça" avtobusu da yolda hücuma məruz qalıb və "Fənərbaxça"lı futbolçuları daşıyan avtobusun şüşələri sındırılıb. Bundan başqa, "Sivasspor"la qarşılaşan "İstanbul BB" inamlı qələbə qazanıb. Bu görüşdə 2 cavabsız qolla qələbə qazanan İstanbul təmsilçisi xalını 15-yə yüksəldib.

Türkiyə superliqasında XIV turun oyunları

"Qalatasaray" – "Qaziantepspor" - 1:1
Qollar:
S.İbriçiç, 68 (0:1), Burak Yılmaz, 79 (1:1)

"Karabükspor" – "Elazığspor" - 0:1
Qol:
Kaloğlu, 73 (0:1)

"Aksihar Bələdiyyəspor" – "Bursaspor" - 2:2
Qollar:
Asan, 16 (1:0), Fereyra, 58 (2:0), Şestak, 59 (2:1), Vederson, 77 (2:2)

"Orduspor" – "Beşiktaş" - 1:2
Qollar:
Kabze, 24 (1:0), Toraman, 34 (1:1), Özyakub, 54 (1:2)

"İstanbul BB" – "Sivasspor" - 2:0
Qollar:
Holmen, 51 (1:0), Viska, 67 (2:0)

"Antalyaspor" – "Mersinidmanyurdu" - 1:0
Qol:
Şişmanoğlu, 83 (1:0)

"Eskişehirspor" – "Kasımpaşa" - 2:2
Qollar:
Kamara, 43 (1:0), Uçe, 72 (1:1), Eser, 79 (2:1), Buyuk, 84 (2:2)

"Kayserispor" – "Fənərbaxça" - 1:1
Qollar:
Bobo, 84 (1:0), Kuyt, 89 (1:1)

3 dekabr

"Gənclərbirliyi" – "Trabzonspor"


Bütün xəbərlər Facebook səhifəmizdə