Futbol üzrə İspaniya La Liqasında XIV turun növbəti oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, üçüncü oyun günündə daha 4 qarşılaşma baş tutub. Səfərdə "Selta Viqo"nun qonağı olan "Levante" rəqibin müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1:1 hesablı sülhlə ayrılıblar. Doğma meydanda "Saraqoza" ilə qarşılaşan "Malyorka" da turu 1:1 hesablı nəticə və xal itkisi ilə başa vurub. La Liqadakı XIV tura bu axşam keçiriləcək "Sevilya" - "Valyadolid" oyunu ilə yekun vurulacaq.
İspaniya La Liqasında XIV turun oyunları
"Osasuna" - "Rayo Valyekano" - 1:0
Qol: Sola, 5 (1:0)
"Qetafe" - "Malaqa" - 1:0
Qol: Lopo, 57 (1:0)
"Valensiya" - "Real" (Sosyedad) - 2:5
Qollar: Soldado, 2 (1:0), Bella, 44 (1:1), Qonzales, 57 (1:2), İfran, 64 (1:3), Soldado, 73 (2:3), Agirretxe, 83 (2:4), Vela, 90-pen (2:5)
"Barselona" - "Atletik" (Bilbao) - 5:1
Qollar: Pike, 22 (1:0), Messi, 25 (2:0), Adriano, 45 (3:0), Fabreqas, 57 (4:0), Qomez, 66 (4:1), Messi, 69 (5:1)
"Real" (Madrid) - "Atletiko" (Madrid) - 2:0
Qollar: Ronaldo, 16 (1:0), Özil, 66 (2:0)
"Qranada" - "Espanyol" - 0:0
"Deportivo" - "Betis" - 2:3
Qollar: Martin, 39 (0:1), 55 (0:2), Riki, 56 (1:2), 60 (2:2), Kempbel, 76 (2:3)
"Selta Viqo" - "Levante" - 1:1
Qollar: Lukas, 37 (1:0), Salvador, 90 (1:1)
"Malyorka" - "Saraqoza" - 1:1
Qollar: Poştiqa, 16 (0:1), Viktor, 85 (1:1)
4 dekabr
"Sevilya" - "Valyadolid"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB