Samuel Etodan fantastik oyun

"Anji"nin ÇSKA-nı 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada kamerunlu futbolçu gözəl oyunla yadda qalıb

Futbol üzrə Rusiya çempionatının XVIII turunun mərkəzi qarşılaşması Mahaçqalada baş tutub. Bu şəhərin mərkəzi stadionunda yerli "Anji" Moskvanın ÇSKA klubunu qəbul edib. Görüşdə "Anji" rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolları Traore və Bussufa vurub. İkinci qolun məhsuldar ötürməsini verən Samuel Eto ÇSKA müdafiəsini pərən-pərən edərək matça damğasını vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə