Futbolçu bu dəfə əfsanəvi futbolçu Herd Mülleri geridə qoymağa yaxındır
İspaniyanın "Barselona" klubu ölkə çempionatının 14-cü turunda "Nou Kamp" stadionunda "Atletik" (Вilbao) klubunu 5:1 hesabı ilə məğlub edib. Görüşdə dubla imza atmış Messi əfsanəvi futbolçu Herd Müllerin rekorduna bir qədər də yaxınlaşıb.
Almaniyalı futbolçu 1972-ci ildə 85 qola imza ataraq bir ildə ən çox qol vurmuş futbolçu ünvanına sahibdir. Lionel Messi isə bu il 84 qol vurub. Herd Müllerin rekordunu təzələmək üçün Messinin dördü İspaniya çempionatında və biri Çempionlar Liqasında olmaqla 5 oyunu var.
Qeyd edək ki, inamlı şəkildə turnir cədvəlinə liderlik edən "Barselona" klubu İspaniya çempionartının növbəti turunda "Betis"lə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma dekabrın 10-u baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB