"Atletiko" "Real"la derbiyə Azərbaycana aid yazılı maykalarla çıxdı
İspaniya La Liqasında iki Madrid klubu - "Real" və "Atletiko" qarşı-qarşıya gəlir. İspaniya çempionatının 14-cü turu çərçivəsində keçirilən görüş Azərbaycan üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Belə ki, "Atletiko" bu qarşılaşmaya üzərində Azərbaycanla bağlılığı olan formayla çıxıb. Bu, ölkəmizin turizm şüarı - "Odlar Yurdu" ilə bağlıdır: "Land of fire Azerbaijan". Aksiya yalnız bu oyun üçün nəzərdə tutulub.
İspaniya mətbuatının yazdığına görə, Madrid klubu bu aksiya müqabilində 20 milyon avro qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB