Burak Yılmaz Hakan Şükürün qırılmayan rekordunu təkrarladı
Türkiyə Super Liqasının 14-cü turunda "Qalatsaray" öz meydanında "Qaziantepspor"la 1:1 bərabərə qalıb. "Sarı-qırmızılı" klubun yeganə qolunu vuran Burak Yılmaz komandanın sabiq futbolçusu Hakan Şükürün rekorduna çatıb.Türk futbolunun əfsanəsi Hakan Şükür "Qalatasaray" forması ilə 1996-1997-ci il mövsümündə doğma meydanda keçirilən qarşılaşmalarda dalbadal 6 oyun qol vura bilmişdi. Həmin vaxtdan bəri qırılmayan rekordu komandanı hücumçusu Burak təkrarlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB