"Atletiko Madrid" bu axşam Azərbaycanı reklam edəcək!

"Atletiko Madrid" bu axşam Azərbaycanı reklam edəcək!

Madrid "Atletiko"su, bu axşam keçiriləcək Madrid derbisinə - "Real Madrid"lə oyuna üzərində Azərbaycanın tanıtımı olan forma ilə çıxacaq. Siasport.az saytı xəbər verir ki, formanın üzərində "Odlar Yurdu" (Land of Fires) yazılacaq. Aksiya yalnız bugünkü matç üçün nəzərdə tutulub. Xatırladaq ki, bir neçə gün öncə İspaniya klubunun nümayəndələri paytaxtımıza gələrək "Bakı" klubu ilə əməkdaşlıq haqda müqavilə imzalayıblar. Müqaviləyə əsasən "Bakı" klubunun bir neçə futbolçusu "Atletiko"nun düşərgəsində yollanaraq hazırlıqlarda iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə