Andre Santos yenə Türkiyəyə qayıtmaq istəyir

Andre Santos yenə Türkiyəyə qayıtmaq istəyir

Hazırda London "Arsenal"ında çıxış edən, amma gözlənilən nəticəni göstərməyən keçmiş "Fənərbaxça"lı Andre Santos, yenidən Türkiyəyə geri dönmək istədiyini dilə gətirib. Siasport.az saytı xəbər verir ki, "Globoesporte" qəzetinə açıqlama verən "Arsenal"ın braziliyalı forvardı bildirib ki, Türkiyədəki bəzi futbol klubları onunla ciddi şəkildə maraqlanırlar. Lakin braziliyalı futbolçu, hələ tələsmədiyini, həmin komandaların maddi durumları ilə bağlı araşdırma apardıqdan sonra qəti nəticəyə gələ biləcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə