Mişel Platini yenə Messini dəstəklədi

Mişel Platini yenə Messini dəstəklədi

UEFA prezidenti Mişel Platini, növbəti dəfə tərəfkeşlik edərək, "Real" cəbhəsini qəzəbləndirən açıqlama ilə çıxış edib. UEFA rəhbəri bildirib ki, "Barselona"nın ulduz futbolçusu Lionel Messinin yenidən "Qızıl top" mükafatını qazanacağına inanır. Ötənlərin ulduz fransız futbolçusu hesab edir ki, argentinalı ulduz futbolçu bu mükafatı haqq edir: "Rekordlar qırılmaq üçündür. Əgər Messi yenidən "Qızıl top" mükafatını qazansa, o bunu haqq edəcək. Messinin 25 yaşı var və futbolda iz buraxacaq uğurlar qazanıb. İnanıram ki, o yenidən dünyanın ən yaxşısı olacaq". Qeyd edək ki, Messi daha öncə ardıcıl olaraq 3 dəfə "Qızıl top" mükafatına sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə