Arda Turan "Real"a meydan oxudu!

Hazırda Madrid "Atletiko"sunda uğurlu mövsüm keçirən türkiyəli futbolçu Arda Turan, "Marca" qəzetinin vasitəçiliyi ilə azarkeşləri ilə görüşüb və onların bir sıra suallarını cavablandırıb. A.Turanla müsahibəni olduğu kimi sizə təqdim edirik.


- Arda, İspaniyaya uyğunlaşmaqda çətinlik çəkmədin ki?

- Qətiyyən. Səni sevən insanların içində problem yaşamazsan. Türkiyəli futbolçular çox istedadlı olurlar və biz texniki olaraq da artırmalıyıq. Çünki fiziki və texniki hazırlıq İspaniyada daha yaxşıdır.

- Karyeranı İspaniyada, yoxsa Türkiyədə başa vuracaqsan?

- Hər bir futbolçu gələcək karyerası haqda planlar qurur. Lakin taleyin səni tamamilə başqa yerlərə apara bilər. Madriddə xoşbəxtəm. Gələcəkdə necə olacağını deyə bilmərəm.

- Səncə, "Real" (Madrid) klubunu məğlub etməyin əsas yolu nədir?

- Hər dəqiqə və hər saniyə yüksək səviyyədə futbol oynamaq və oyuna nəzarəti bir an belə olsa, əldən verməməliyik.

- Madrid "Real"ı ilə bərabərə qalsanız, buna sevinəcəksən?

- Əgər qələbə qazana bilmiriksə, o zaman məğlub da olmamalıyıq. Bununla belə, "Atletiko" bərabərliyə sevinə bilməz.

- İspaniyada olduğun müddətdə səni ən çox təəccübləndirən nə oldu?

- İspaniyada hər şeyi sevdim. Təəccüblü bir şey yoxdur. Burada peşəkar bir atmosfer var. "Atletiko" da digər klublardan fərqli komandadır. Nizam-intizam yüksək səviyyədədir. Azarkeşlərimiz də möhtəşəmdir. Onları çox sevirik.

- Bir sabiq "Qalatasaray"lı kimi, "Atletiko" - "Real", yoxsa "Qalatasaray" - "Fənərbaxça" derbisinin daha həyəcanlı olduğunu düşünürsən?

- Bu, çox fərqli bir duyğudur. Çünki mən "Qalatasaray"da yetişmişəm. Bu, İspaniyada yetişən Fernando Torresin İngiltərədəki derbilərdə çıxış etməsi kimi bir hissdir. Ona görə də bu barədə danışmaq çətindir.

- La Liqada Falkao, Messi və Ronaldo xaricində daha hansı futbolçuların oyununu bəyənirsən?

- Ötən mövsüm Kazorlo, İsko və Adrian idi. Ancaq hamıdan öncə Adrian gəlir. O həqiqətən möhtəşəm oyunçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə