Ronaldo Braziliya millisinə görə bərk narahatdır

Ronaldo Braziliya millisinə görə bərk narahatdır

Braziliya futbolunun canlı əfsanələrindən sayılan Ronaldo, rezonans doğuracaq açıqlama ilə diqqətə gəlib. Siasport.az sytı xəbər verir ki, futbol əfsanəsi, Braziliya millisinin hazırkı durumundan çox narahatdır. O, "Globoesporte" dərgisinə verdiyi aaçıqlamada etiraf edib ki, Braziliya futbolu öz tarixinin ən pis mərhələsini yaşayır: "Hazırda Braziliya futbolu çətin dönəmdən keçir. Çünki bizim Avropada qol vuran oyunçularımız yoxdur. Doğrudur, millidə daha çox gənclərə üstünlük verilir. Həmin oyunçulardan ən önəmlisi də Neymardır. Hansı o "Qızıl top" mükafatına namizədlər sırasında yer almışdı. Bununla belə, hazırda millidə vəziyyət heç də ürəkaçan deyil. Məncə, Braziliya futbolu tarixinin ən pis mərhələsindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə