Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" ilə qarşılaşacaq "Qarabağ", "flaqman"la oyunun hazırlığına başlayıb.
Siasport.az saytı, klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Suraxanı qəsəbə stadionunda yeganə çalışma ilə kifayətlənən "Qarabağ" bu gün axşam növbəti məşqə çıxacaq. Belə görünür ki, Ağdam klubu "ağ qaralara" qarşı sürpriz taktika ilə meydana çıxmağa hazırlaşır. Qeyd edək ki, "Neftçi" – "Qarabağ" oyunu dekabrın 2-si, saat 18:00-da 8-ci km qəsəbəsi stadionunda başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB