FİFA bu ilin ən gözəl qollarını müəyyən edib
FİFA bu ilin ən gözəl qollarını müəyyən edib. Qurum əfsanəvi macar futbolçu, "Real" klubunun hücumçusu olmuş Ferents Puşkaşın adını daşıyan mükafatın sahibləri olmağa namizədlərin adları açıqlayıb.
Belə ki, 10 namizəd arasında FİFA üç nəfərin adını açıqlayıb. Bunlar Falkao, Neymar və Miroslav Stoxdur.
Əsas mükafat adları çəkilənlərdən savayı daha 7 nəfər futbolçu iddialı idi. Bunlar Lionel Messi (Argentina), Hatem Ben Arfa və Erik Hassli (hər ikisi Fransa), Mussa Sov (Seneqal), Emmanuel Badu (Qana), Erlan Mealya (Boliviya) və Oliviya Himenesdir (Meksika)
"Puşkaş mükafatı-2012"nin təqdimetmə mərasimi gələn ilin yanvarın 7-də Sürixdə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB