Ermənilər komandamıza qarşı dözümsüzlük nümayiş etdiriblər
Ermənistan tərəfinin verdiyi zəmanətə baxmayaraq, Azərbaycan növbəti dəfə irəvanda qatıldığı yarışda düşmənçilik münasibəti ilə üzləşib. Bu dəfə belə reaksiya İrəvanda boks üzrə çempionatın açılışında müşahidə edilib. Ermənilər komandamıza qeyri-adekvat münasibət sərgiləyiblər. Əvvəlcə Azərbaycanın adı çəkiləndə zaldakı azarkeşlər baş məşqçimiz və boksçularımızı fitə basıb.
Ermənistanlı təşkilatçılar Azərbaycan yazılmış lövhəni daşımağı qəsdən qaradərili xanıma həvalə ediblər. Diqqət çəkən məqam digər komandaların lövhəsini ağdərili xanımların daşımasıdır. Erməni təşkilatçılarının belə fərqli yanaşmasının nədən irəli gəldiyi məlum deyil. Yarışların açılış mərasimində idmançılarımızı bu cür qarşılayan ermənilərin özlərini yarış zamanı necə aparmalarını təsəvvürə gətirmək çətin deyil. Qeyd edək ki, Azərbaycanda keçirilən yarışlarda erməni idmançıları belə ayrıseçkiliklə qarşılaşmırlar.
Bundan əvvəl Ermənistanın yığma komandası Bakıda cüdo üzrə keçirilən yarışda normal qarşılanmış və komandaya qarşı heç bir xoşagəlməz insident baş verməmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB