İspaniya Kral Kubokunun 1/16 final mərhələsinin cavab oyunlarında maraqlı nəticələr qeydə alınıb. Siasport.az saytı xəbər verir ki, La Liqanın hazırkı lideri olan "Barselona" klubu, doğma azarkeşləri önündə "Alaves"lə qarşılaşmadan ümumi hesabda 6:1 hesabı ilə qalib ayrılıb və növbəti mərhələyə yüksəlib. Bundan başqa, Madridin "Atletiko" klubu isə öz meydanında "Jaen"i sınağa çəkib. İlk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən "Atletiko" bu dəfə 1:0 hesablı nəticə ilə kifayətlənib. "Valensiya" klubu isə, doğma meydanda aşağı liqa təmsilçisi "Llaqostera" klubu ilə qarşılaşıb. Səfərdə 2:0 hesabı ilə qalib gələn "yarasalar" cavab matçında da görüşdən 3:1 hesablı qələbə ilə ayrılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB