Azad Rəhimov: "2012-ci il Azərbaycan idman ictimaiyyəti üçün möhtəşəm il olub"
Bu gün "I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi" və "Gənclər təşkilatlarının IV respublika sərgisi"nin rəsmi açılış mərasimi olub. Siasport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, 2012-ci ili Azərbaycan idman ictimaiyyəti üçün möhtəşəm il adlandırıb: "Bu il Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "İdman ili" elan olunub. 2012-ci ildə ilk dəfə ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatı və Formula-3 yarışı təşkil edilib. Həmçinin idmançılarımız London Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək, xalqımıza böyük sevinc bəxş edib. Bu sübut edir ki, Azərbaycan həqiqətən idman ölkəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB