Hazırda Rusiyanın "Spartak" (Moskva) komandasında oynayan Türkiyənin "Fənərbağça" və "Karabükspor" klublarının sabiq futbolçusu Emmanuel Emenike 1 ildən 3 ilədək azadlıqdan məhrum edilə bilər. Siasport.az saytı Lent.az-a istinadən xəbər verir ki, belə bir tələblə İstanbul məhkəməsinin dövlət ittihamçısı Ufuk Ermertcan çıxış edib. Səbəb kimi 2010-2011-ci il mövsümündə Türkiyə çempionatının "Karabükspor" – "Fənərbaxça" oyununda Emenikenin guya zədəsi olduğunu əsas gətirərək meydana bilərəkdən çıxmaması göstərilib. Həmin vaxt hücumçu "Karabükspor"da çıxış edirdi. Mövsümün sonunda isə o, "Fənər"ə keçib və az sonra "Spartak"a satılıb. Məhkəmə Emenike ilə bağlı qərarı bir müddət sonra çıxaracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB