Qullit Qvardiola haqqında bədbin danışdı

Qullit Qvardiola haqqında bədbin danışdı

"Barselona" futbol klubunun sabiq baş məşqçisi Xose Qvardiola, ciddi müzakirə predmetinə çevrilib. Siasport.az saytı xəbər verir ki, onun qış transfer dövründə nəhəng Avropa klublarından birinin sükanı arxasına keçəcəyi barədə məlumatlar dolaşır. Amma onun "Barselona"da qazandığı uğurları başqa klubda təkrarlayacağına inanmayanlar da tapılıb. Əfsanəvi hollandiyalı futbolçu Ruud Qullit də X.Qvardiolanın bu uğurları təkrarlaya biləcəyinə inanmır. "Qvardiola sadəcə alışmış olduğu bir mühitdə belə uğurlar qazandı. Onun eyni uğuru başqa komandada təkrarlaması qeyri-mümkündür" – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə