Madrid "Atletiko"sunun ulduz futbolçusu Radamel Falkao bir sıra iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, bir sıra nəhəng Avropa klublarının transfer gündəmində olan R.Falkao, həftə sonunda qarşılaşacaqları "Real" klubunu məğlub edəcəkləri barədə "AS" qəzetinə açıqlama verib: "Bütün oyunçular meydana qələbə üçün çıxırlar. Mən də heç vaxt bərabərliyə razı olmuram. "Real"la oyun derbi olduğu üçün səfərdə bir xal da bizi qane edə bilər. Lakin biz meydana heç-heçə üçün çıxmamalıyıq. Rəqibimizi məğlub etmək hər zaman önəmli bir hədəfdir. Bir çox derbilərdə forma geyinmişəm. Artıq belə atmosferdə oynamağa öyrəşmişəm. Hər iki komanda çempionluğa oynayır. Hədəfimiz yalnız qələbə qazanmaq olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB