Əzəli rəqibləri olan "Real"dan 11 xal öndə olmalarına baxmayaraq, "Barselona"lı futbolçular kral klubu haqqında hələ ehtiyatla danışırlar. Siasport.az saytı xəbər verir ki, katalon klubunun müdafiəçisi Xerard Pike "Goal.com"a açıqlamasında bildirib ki, Madrid "Real"ının çempionluq yarışından kənarda qaldığını düşünmək tezdir: "Möhtəşəm bir mövsüm keçiririk. Buna görə də hazırda liderik. "Real"la aramızda xal fərqi dünən 11-ə yüksəldi. Lakin bu çempionluğu müəyyənləşdirəcək bir fərq deyil. "Real"ı hesabdan silmək hələ tezdir. Çünki qarşıda çox oyun var və onlar hələ çempionluq yarışından kənarda qalmayıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB