Avropa Liqasının qrup mərhələsinin V turunun "Neftçi" ilə oyununda qırmızı vərəqə alan və xuliqan hərəkətlər törədən Aleksandar Mitroviç, "Partizan" komandasının rəhbərliyi tərəfindən cəzalanıb. Siasport.az saytı xəbər verir ki, rəhbərlik Mitroviçi illik maaşının 1/5 hissəsi məbləğində cəriməyə layiq bilib.
"Partizan"ın öz futbol məktəbinin yetirməsi olan gənc istedad klubda minimum əmək haqqına malikdir. İllik maaşı cəmi 15 min avro olan Aleksandar bunun 3 min avrosu qədər cərimələnib. Düzdür, "Partizan" rəhbərliyi perspektiv vəd edən hücumçunun müqaviləsinin şərtlərini yenidən müzakirə etmək fikrindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB