Futbol üzrə İspaniya La Liqasında 13-cü turun növbəti oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, La Liqanın hazırkı lideri olan "Barselona", "Levante"nin qapısından 4 cavabsız top keçirib. Bu qələbə sayəsində Kataloniya təmsilçisi "Real" (Madrid) klubu ilə xal fərqini 11-yə yüksəldib. Eyni hesab türkiyəli futbolçu Arda Turanın heyətində çıxış etdiyi Madrid "Atletiko"sunun "Sevilya" ilə qarşılaşmasında da qeydə alınıb. Madrid təmsilçisi rəqibini 4:0 hesabı ilə darmadağın edərək, turnir cədvəlində "Barselona"dan sonrakı 2-ci yeri təmin edib. "Real" isə "Betis"ə 0:1 hesabı ilə məğlub olub. XIII tura bu axşam keçiriləcək "Saraqoza" - "Selta Viqo" oyunu ilə yekun vurulacaq.
23 noyabr
İspaniya La Liqası, XIII turun oyunları
"Real" (Sosyedad) - "Osasuna" - 0:0
24 noyabr
"Rayo Valyekano" - "Malyorka" - 2:0
Qollar: Karilho, 87 (1:0), Delibaşiç, 90 (2:0)
"Valyadolid" - "Qranada" - 1:0
Qol: Manuço, 63 (1:0)
"Malaqa" - "Valensiya" - 4:0
Qollar: Soler, 8 (1:0), Saviola, 75 (2:0), Kruz, 81 (3:0), İsko, 90 (4:0)
"Betis" - "Real" (Madrid) - 1:0
Qol: Ekçeberiya, 17 (1:0)
25 noyabr
"Espanyol" - "Qetafe" - 0:2
Qollar: Leon, 17 (0:1), Mane, 90 (0:2)
"Atletik" (Bilbao) - "Deportivo" - 1:1
Qollar: Markos, 24 (1:0), Aguilar, 52 (1:1)
"Atletiko" (Madrid) - "Sevilya" - 4:0
Qollar: Falkao, 22-pen (1:0), Spahiç, 40-avtoqol (2:0), Koke, 44 (3:0), Miranda, 90 (4:0)
"Levante" - "Barselona" - 0:4
Qollar: Messi, 47 (0:1), 51 (0:2), İniyesta, 57 (0:3), Fabreqas, 63 (0:4)
26 noyabr
"Saraqoza" - "Selta Viqo"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB