"Bakı" - "Neftçi" matçında tarixi hadisə

"Bakı" - "Neftçi" matçında tarixi hadisə

Milli çempionatda 10 000-ci qol vurulub

Bu gün Azərbaycan Premyer Liqasının XIV turunda keçirilən "Bakı" - "Neftçi" matçında əlamətdar hadisə yaşanıb. Ötən əsrin 90-cı illərin əvvəlindən, daha doğrusu 1992-ci ildən keçirilən milli çempionatlar tarixində 10 000-ci qol vurulub. Bu qolun öz aktivinə "Bakı"nın kapitanı Elvin Məmmədov yazıb.

Qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Bakı" – "Neftçi" 1:2

Elvin Məmmədov, 60 - Kanales, 61-p., Flavinyo, 90+1

Bütün xəbərlər Facebook səhifəmizdə