Futbol üzrə Türkiyə Superliqasında 13-cü turun qarşılaşmalarına start verilib. Siasport.az saytı xəbər verir ki, dünən axşam turun açılış oyununda "Beşiktaş" "Akhisar Belediyyespor"u qəbul edib. Olduqca maraqlı keçən qarşılaşmada, "qara qartal" rəqibini Filip Holosko və Fernandesin vurduqları qollarla 3:1 hesabı ilə məğlub edərək, turnir cədvəlində liderliyə yüksəlib. Ardıcıl 3 qarşılaşmadır ki, meydandan qələbə ilə ayrılan İstanbul nəhəngi, artıq xallarını 22-yə çatdıraraq, zirvə yarışına qoşulub. Bundan başqa, "Mersin İdmanyurdu" klubu "Karabükspor"la qarşılaşmadan 2:1 hesablı qələbə ayrılıb. Turun qalan oyunları bu gün və sabah keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB