FİFA Droqbaya" "yox" dedi...

FİFA Didye Droqbanın "Çelsi"yə keçmək barəsindəki təklifini rədd edib. Siasport.az saytı Sports-a istinadən xəbər verir ki, bir müddət bundan əvvəl Çinin "Şanxay Şenxua" futbol klubunun şərəfini qoruyan kot`d-ivuarlı forvard FİFA-dan ona "Çelsi" klubuna keçməyə icazə verilməsini xahiş etmişdi. Lakin Beynəlxalq Futbol Federasiyası transfer qanunlarını nəzərə alaraq forvarda icazə verməyib. Bildirək ki, Çində futbol mövsümü başa çatıb. Belə halda, Droqba başqa kluba ancaq 2013-cü il yanvarın 1-dən sonra keçə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə