Bu gün Novxanı Atçılıq Mərkəzinin qapalı manejində konkur üzrə CSI-1*-W kateqoriyalı dünya kuboku yarışlarının təsnifat mərhələsi və Bakı çempionatı başlayıb. Siasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran, Gürcüstan, Almaniya, Qazaxıstan və Türkiyədən olan çaparlar da mübarizə aparırlar. İki yarışda ən yaxşı nəticə göstərən azərbaycanlı çapar Bakı çempionu adına sahib olacaq.
Beynəlxalq turniri İran, Türkiyə və Bolqarıstandan dəvət olunmuş hakimlər briqadası idarə edir.
Qeyd edək ki, dünya kuboku yarışlarının təsnifat mərhələsi və Bakı çempionatının ümumi mükafat fondu 9 min 500 avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB