Apellyasiya və Ekspert Komitəsi “Simurq”un müraciətinə baxdı

Apellyasiya və Ekspert Komitəsi “Simurq”un müraciətinə baxdı

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasda "Simurq" klubunun müraciətinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:

1. AFFA-nın İntizam Komitəsinin "Simurq" PFK-nın futbolçusu Qərib İbrahimov barədə çıxardığı 06.11.2012-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

2. AFFA-nın İntizam Komitəsinin "Simurq" PFK-nın futbolçusu İlkin Qırtımov barədə çıxardığı 06.11.2012-ci il tarixli qərarı qismən dəyişdirilsin. Futbolçu İlkin Qırtımov intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində İlkin Qırtımov analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə