AGF-nin elan etdiyi fotomüsabiqənin qalibləri müəyyənləşdi FOTOLAR

AGF-nin elan etdiyi fotomüsabiqənin qalibləri müəyyənləşdi FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən "İdman ili" çərçivəsində geniş ictimaiyyətin güləş idman növünə və güləşçilərimizin nailiyyətlərinə diqqətini artırmaq və idman foto-jurnalistikasını inkişaf etdirmək məqsədilə Azərbaycan Güləş Federasiyası fotoqraflar arasında müsabiqə elan etmişdi. Siasport.az saytının məlumatına görə, müsabiqə, 12-13 may 2012-ci il tarixində Bakıda keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışı zamanı keçirilib. Müsabiqəyə müraciət edən 20-yə yaxın fotoqraf 400-ə qədər foto təqdim edib. İki mərhələli seçim prosesindən sonra elan edilmiş nominasiyalar üzrə qaliblər müəyyənləşib.

Qaliblərin mükafatlandırılması dekabr ayında ilin yekunlarına dair təşkil olunacaq mərasimdə baş tutacaq.

Nominasiyalar və qalib gəlmiş fotoları təqdim edirik:

Ən yaxşı fənd
Ən yaxşı idmançı emosiyası
Ən yaxşı məşqçi emosiyası
Ən yaxşı azarkeş reaksiyası

Bütün xəbərlər Facebook səhifəmizdə